Virusa yoluxmuş Züqanov: "Özümü yaxşı hiss edirəm"

 Virusa yoluxmuş Züqanov:  "Özümü yaxşı hiss edirəm"
  15 Fevral 2022    Oxunub:1560
Koronavirusa yoluxan Rusiyanın Kommunist Partiyasının lideri Gennadi Züqanovun səhhəti normallaşıb.
AzVision.az xəbər verir ki, o, “RİA-Novosti”yə açıqlamasında özünü artıq yaxşı hiss etdiyi vurğulayıb.

"Özümü yaxşı hiss edirəm. Prinsipcə, xəstəliyin üçüncü günü analizlər normaldır. Göstəricilər yaxşıdır. Bu gün yəqin ki, xəstəxanadan buraxılışın tarixi ilə bağlı qərar veriləcək", - Züqanov bildirib.

Xatırladaq ki, partiya sədri fevralın 11-də koronavirusun simptomları ilə xəstəxanaya yerləşdirilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Züqanov  



Xəbər lenti