İsrail Ukraynaya "Dəmir günbəz" verməyəcək

İsrail Ukraynaya    "Dəmir günbəz"    verməyəcək
  15 Fevral 2022    Oxunub:1829
İsrail Ukraynaya “Dəmir günbəz” hava hücumundan müdafiə sistemini satmayacaq. AzVision.az xəbər verir ki, bu barədə İsrailin “Yediot Ahronot” qəzeti məlumat yayıb.
Məqalə müəllifi yazır ki, İsrail hakimiyyəti “Dəmir günbəz”lərin Ukraynaya verilməsi prosesinin dayandırılması ilə bağlı tapşırığı ABŞ-dan alıb. Qeyd olunur ki, Kiyev artıq bununla bağlı məyusluğunu ifadə edib.

Ukrayna “Dəmir günbəz” lərlə bağlı İsrailə müraciət edib
- Ötən ilin yayından İsrail bu məsələ ilə bağlı bir sıra addımlar atdı ki, amerikalılar və ukraynalılarla toqquşmasınlar. Beləcə bu məsələni gündəmdən çıxara bildi,-məqalədə yazılıb.

Müəllif qeyd edib ki, Qüds ötən il raketdən müdafiə sistemlərini Ukraynaya ötürməmək üçün bəzi gedişlər edib. Məlumdur ki, Vaşinqton da İsrailin mövqeyinə anlayışla yanaşıb.



Xatırladaq ki, bu yaxınlarda Kiyev ABŞ-dan ona “Patriot” zenit-raket kompleksi və “Dəmir günbəz” raketdən müdafiə sistemi verməyi xahiş etmişdi. Qərbdə isə belə bir tələbin yerinə yetirilməsinin Rusiya ilə münasibətləri daha da pisləşdirə biləcəyinə inanırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   ABŞ   Ukrayna  



Xəbər lenti