Ərdoğan bundan əvvəl Dubayda keçirilən “Gulfood 2022” beynəlxalq ərzaq sərgisində Azərbaycan məhsullarının nümayiş olunduğu stendi ziyarət edib. O, Türkiyənin və BƏƏ-nin stendlərini də gəzib.
Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 15 Azərbaycan şirkəti meyvə şirələri, təbii mineral suları, çay, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir.
Xatırladaq ki, Ərdoğan dünən BƏƏ-yə səfərə gəlib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


