BMT Ukrayna məsələsinin diplomatiya yolu ilə həllində maraqlıdır

BMT Ukrayna məsələsinin diplomatiya yolu ilə həllində maraqlıdır
  15 Fevral 2022    Oxunub:1660
BMT Baş katibi Antonio Quterreş Rusiya və Ukrayna xarici işlər nazirləri ilə telefonla danışıb.
AzVision.az xəbər verir ki, bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarik deyib.

Onun sözlərinə görə, Quterreş tərəfləri təhllükəli ritorikadan çəkinməyə və dipolmatik həll yolları tapmağa çağırıb: "Biz diplomatiyanın davamını görürük. Düşünürəm ki, insanların bir-biri ilə səmimi danışmağa davam etməsi çox yaxşı addımdır".

O əlavə edib ki, Baş katib problemin həllinə yönəlik müsbət nəticələrin əldə olunacağına ümid edir və BMT məsələnin həlli istiqamətində diplomatik fəallığın artırılmasında hər şəkildə dəstəyini davam etdirir: “Bizim Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Mövcud vəziyyətlə bağlı bütün qərarlarımız Baş Assambleyanın müvafiq qətnaməsini rəhbər tutaraq veriləcək”.

Rəsmi nümayəndə qeyd edib ki, BMT gərginliyin azaldılması istiqamətində istənilən addımı alqışlayır.

AzVision.az



Teqlər: BMT   Ukrayna  



Xəbər lenti