Yunanıstan Fransadan yeni silahlar alır

   Yunanıstan Fransadan yeni silahlar alır
  16 Fevral 2022    Oxunub:1202
Yunanıstan parlamenti özündə altı əlavə “Rafale” qırıcısının, üç Belharra freqatının və sualtı qayıqlar üçün 44 torpedanın alınması ilə bağlı üç müqaviləni ehtiva “Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi haqqında” qanun layihəsini təsdiqləyib.
AzVision.az xəbər verir ki, qanunu Milli Müdafiə Nazirliyi parlamentə təqdim edib. Qeyd edək ki, 2021-ci ilin yanvarında Afinada Yunanıstanın milli müdafiə naziri Nikos Panayotopulos və Fransa Silahlı Qüvvələri naziri Florens Parli yaxın illərdə 18 çoxməqsədli “Rafale” qırıcısının tədarükü üçün müqavilə imzalayıb. Qırıcıların ümumi dəyəri 1,92 milyard avrodur, daha 400 milyon avro onların silahlanmasına, o cümlədən “Meteor” uzaqdan idarə olunan raketlərə gedir.

2021-ci ilin 28 sentyabr tarixində Yunanıstan və Fransa arasında dördüncü nəsil üç “Belharra” freqatının tədarükü ilə bağlı müqavilə imzalanıb. Onların yaradılması “Naval Group” gəmiqayırma korporasiyasına həvalə olunacaq.


AzVision.az


Teqlər: Fransa  



Xəbər lenti