Azərbaycanla İran arasında uçuşlar bərpa olunur

   Azərbaycanla İran arasında uçuşlar bərpa olunur
  16 Fevral 2022    Oxunub:2090
"Mart ayından başlayaraq Azərbaycanla İran arasında birbaşa uçuşlar bərpa ediləcək".

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "Twitter"də yazıb.

"İki ölkənin əlaqələrində növbəti xoş addım. Cari ilin mart ayının əvvəlindən Azərbaycanla İran arasında birbaşa uçuşlar bərpa ediləcəkdir", - diplomat vurğulayıb.
Qeyd edək ki, dünən Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara etdiyi dəyişikliyə əsasən, Gürcüstan və İran İslam Respublikası vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.


Pərvanə Sultanova

AzVision.az



Teqlər: Azərbaycan   İran   Uçuş  



Xəbər lenti