Svenska Dagbladet: "Rus ordusu maksimum döyüş hazırlığına çatıb"

      Svenska Dagbladet:    "Rus ordusu maksimum döyüş hazırlığına çatıb"
  16 Fevral 2022    Oxunub:2061
Rusiya ilə NATO ölkələri arasında yaranmış gərginlik Qərb mediasının gündəminə çevrilib. AzVision.az xəbər verir ki, son günlər müharibə ehtimalının artmasından yazan İsveçin "Svenska Dagbladet" nəşri Rusiya ordusunun gücü haqqında maraqlı təhlil dərc edib.
İsveçli analitiklər belə hesab edirlər ki, Rusiya hazırda Avropada ən güclü silahlı qüvvələrə malik ölkə sayılır. Məqalə müəlliflərinin fikrincə, Rusiya ordusu bir çox Avropa ordularından fərqli olaraq yüksək funksionallığa malikdir.

"Krasuxa" "Bayraktar"a qarşı - FOTO
- İndi bu ordu bir çox onilliklər ərzində olduğu kimi həm səmərəlilik, həm mobillik, həm də texniki potensial baxımından ən yüksək hazırlıq vəziyyətindədir,-sayt yazıb.

Ekspertlərin fikrincə, rus bölmələrinin əsas üstünlüyü onların yüksək mobillik qabiliyyətinə malik olmasıdır. Qısa müddət ərzində qoşunlar bir neçə min kilometr məsafəyə yerləşdirilə bilər.

- Moskva həmçinin səsdən sürətli və ya anti-peyk kimi yeni nəsil silahları uğurla inkişaf etdirir. Son zamanlar Rusiya Çinlə yaxşı münasibətlər qurub ki, bu da onlara qabaqcıl silahları birgə inkişaf etdirməyə imkan verib,-müəllif yazıb.



Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Qərb   Ordu  



Xəbər lenti