|
| Svenska Dagbladet: "Rus ordusu maksimum döyüş hazırlığına çatıb" |
Məqalədə xatırladılıb ki, bu sistemin güclü raketləri 500 kilometrlik məsafədə uçuş imkanlarına malikdirlər və yüksək dəqiqliyi ilə seçilirlər.
- Böyük ehtimalla işğaldan əvvəl onlardan birbaşa istifadə olunacaq,-məqalədə yazılıb.
Müəllif həmçinin qeyd edib ki, məhz bu amilə görə Kiyev və NATO Kremlin Rusiya qoşunlarının “hücum mövqelərindən” çıxarılması ilə bağlı bəyanatlarını ehtiyatla qəbul edirlər.
Xatırladaq ki, Qərb mediası Rusiyanın Ukraynanı işğala başlayacağı tarixi fevralın 16-a proqnozlaşdırmışdı.
Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.
Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


