Kanada parlamentinə Xocalı soyqırımına dair petisiya təqdim edilib
Petisiyada Ermənistan hərbi qüvvələri tərəfindən törədilmiş Xocalı qətliamının Kanada hökuməti tərəfindən rəsmi olaraq pislənməsi, 26 fevralın Kanadada Anım Günü kimi qeyd edilməsinin elan edilməsi və gələcəkdə Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi məqsədilə iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası və eləcə də arasında münasibətlərin normallaşdırılması səylərinə Kanada tərəfindən dəstəyin verilməsi tələb edilir.
Petisiya üçün imzalar toplanmasında Kanadada yaşayan azərbacyanlılar aktiv iştirak edibər. KAŞ Kanadanın Azərbaycan əsilli əhalisini narahat edən məsələlər barədə bu günədək Kanada parlamentinin üzvləri və senatorlar, əyalət parlamentinin üzvləri və yerli hökumət nümayəndələri ilə sıx təmasdadır və intensiv görüşlər keçirməkdəri. KAŞ qarşıdan gələn müddət ərzində də bu işləri davam etdirmək və Azərbaycan icmasının fikirlərini Kanada siyasətçiləri və hökumət orqanlarına çatdırmaq niyyətindədir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


