Braziliyada leysan yağışlardan ölənlərin sayı 104-ə çatıb

Braziliyada leysan yağışlardan ölənlərin sayı 104-ə çatıb
  17 Fevral 2022    Oxunub:1262
Braziliyanın Rio-de-Janeyro əyalətinin Petropolis şəhərində güclü yağışlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb. Onlardan 8-i uşaqdır.
AzVision.az xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb. Daha əvvəl 94 nəfərin öldüyü bildirilirdi.

Mülki müdafiə xidməti tərəfindən 24 nəfərin hətayını xilas etmək mümkün olub, 35 nəfər itkin düşənlər siyahısındadır.

Çərşənbə axşamı yağan güclü yağış torpaq sürüşmələrinə və daşqınlara səbəb olub. Yağış altı saatdan bir qədər artıq davam edib. Rio-de-Janeyro əyalətinin qubernatoru Klaudio Kastro leysandan zərər çəkmiş bölgəyə gəlib və durumu müharibəyə yaxın vəziyyət kimi qiymətləndirib. O, bölgəyə yağan yağışın 1932-ci ildən bəri ən güclü yağış olduğunu deyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Braziliya   Daşqın  



Xəbər lenti