Rusiyada tacikistanlı transseksualı öldürəni həbs etmədilər

Rusiyada tacikistanlı transseksualı öldürəni həbs etmədilər
  17 Fevral 2022    Oxunub:1245
Rusiyada cinsi azlığın nümayəndəsini qətlə yetirən şəxs azadlığa buraxılıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, Leninqrad vilayətində çayda meyiti tapılan və Tacikistandan olan cinsi azlığın nümayəndəsini qətlə yetirməkdə təqsirləndirilən şəxs hökm çıxarıldıqdan sonra məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, 2020-ci ilin iyununda Kirov rayonundakı Mqa çayında silikon döş implantları olan kişi bədən parçaları tapılmışdı. Tapılan meyitin transseksual olan 24 yaşlı Tacikistan əsilli şəxsin olduğu aşkarlanıb. Onun qətlində şübhəli bilinən şəxs Tverdə gizlənibmiş. Lakin sonradan o öldürdüyü adamın cəsədini hissə-hissə gizlətmək üçün Sankt-Peterburqa gəlib.

AzVision.az



Teqlər:



Xəbər lenti