"Heç kəs Ukraynanın zərbə potensialından bəhs etmir” - Peskov

   "Heç kəs Ukraynanın zərbə potensialından bəhs etmir” -    Peskov
  17 Fevral 2022    Oxunub:1548
“Son sutka ərzində hamı Rusiyanın sərhəddə nəhəng zərbə silah potensialı saxlamasından danışır. Amma heç kəs, hər hansı bir Qərb nümayəndəsi demarkasiya xəttində Ukrayna Silahlı Qüvvələrinin böyük zərbə potensialından bəhs etmir”.
AzVision.az xəbər verir ki, bunu Kremlin sözçüsü Vladimir Peskov deyib.

O bildirib ki, son bir neçə gündə güclənən təxribat xarakterli hərəkətlərlə birlikdə bu, çox təhlükəli vəziyyətdir. Onun fikrincə, Ukraynada vəziyyət informasiya hücumlarından kənara çıxa bilər. "Hər an informasiya hücumları sferasından sərhədlərimizin bilavasitə yaxınlığında yeni müharibə alovuna səbəb olacaq nəticələrə keçmək riski var".

Kremlin sözçüsü xatırladıb ki, Moskva artıq Qərbə təhlükəsizlik zəmanətləri ilə bağlı cavab hazırlayıb: "Bu, prinsipcə və konseptual olaraq Rusiya prezidenti tərəfindən razılaşdırılıb. Cavabı Xarici İşlər Nazirliyi qarşı tərəfə təqdim edəcək".

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Peskov  



Xəbər lenti