Rusiyanın fevralın 20-dən sonra Ukraynaya hücumu xəbəri saxtadır

   Rusiyanın fevralın 20-dən sonra Ukraynaya hücumu xəbəri saxtadır
  17 Fevral 2022    Oxunub:1234
"Rusiyanın fevralın 20-dən sonra Ukraynaya ehtimal edilən hücumu ilə bağlı məlumatlar saxtadır".
AzVision.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Güman ki, daha bir saxta məumat ortaya çıxıb. Ümid edirəm ki, siz və biz bu saxtakarlığa inanmayacağıq", - o söyləyib.

Peskov bundan əvvəl də Rusiyanın Ukraynaya hücum tarixi ilə bağlı versiyaların səsləndiyini söyləyib: "Bu informasiyaların feyk olduğu ortaya çıxdı, sonradan bu saxtakarlığın müəlliflərindən heç biri səhvə yol verdiklərini etiraf etmədilər".

Xatırladaq ki, Rusiyanın fevralın 20-dən sonra Ukraynaya ehtimal edilən hücumu ilə bağlı məlumatları “Politico” nəşri yazıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   Hücum  



Xəbər lenti