Bayden Rusiyanın müdaxilə ehtimalını "çox yüksək" sayır

   Bayden Rusiyanın müdaxilə ehtimalını  "çox yüksək" sayır
  17 Fevral 2022    Oxunub:2112
ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya "işğal" təhlükəsini "çox yüksək" dəyərləndirib.
AzVision.az xəbər verir ki, bu barədə Bayden jurnalistlərin suallarını cavbalandırarkən deyib. O bildirib ki, Rusiya hakimiyyəti qoşunlarını geri çəkmək əvəzinə, silhalı qüvvələrin sayını artırıb:

"Əsaslar var ki, onlar Ukraynaya girmək üçün başqasının bayrağı altında bəhanə əldə etmək əməliyyatı ilə məşğuldurlar. Bütün əlamətlər göstərir ki, Rusiya Ukraynaya hücum etməyə hazırdır".

Bayden bunun yaxın günlərdə reallaşacağını bildirib. Eyni zamanda ABŞ prezidenti Ukrayna ətrafında vəziyyətin diplomatik yolla tənzimlənməsini mümkün hesab etməkdə davam edir. O, dövlət katibi Entoni Blinkendən bu məsələ ilə bağlı Amerikanın təkliflərini BMT Təhlükəsizlik Şurasının iclasında təqdim etməyi xahiş etdiyini bildirib.

AzVision.az




Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti