300-ə yaxın sərnişin daşıyan gəmi yanıb

 300-ə yaxın sərnişin daşıyan gəmi  yanıb
  18 Fevral 2022    Oxunub:2331
Yunanıstanda İon dənizinin sahilində İtaliyaya məxsus “Euroferry Olympia” adlı kruiz gəmisi yanıb. AzVision.az xəbər verir ki, bu barədə "Frans-Press" agentliyi məlumat yayıb.
Bildirilir ki, gəmidə 237 sərnişin və 50-dən çox ekipaj üzvü olub. O, Yunanıstanın İqoumenitsaşəhərindən İtaliyanın Brindisi şəhərinə üzürmüş. Hadisə Yunanıstanın Korfu adası yaxınlığında baş verib.

Hadisə yerinə üç patrul qayığı və üç sahil mühafizə gəmisi göndərilib. Onların sərnişinlərin təxliyyəsinə kömək edəcəyi gözlənilir.
Hələlik ölən və yaralananlar barədə məlumat verilmir və yanğının səbəbi də məlum deyil.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti