Lukaşenko Moskvaya Putinlə görüşə getdi

   Lukaşenko Moskvaya Putinlə görüşə getdi
  18 Fevral 2022    Oxunub:1239
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gedib. AzVision.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə bir sıra məsələlərin, o cümlədən ticarət-iqtisadi əməkdaşlığın inkişafı, regionda təhlükəsizliyin təmin edilməsi və iki ölkənin milli maraqlarının təmin edilməsi istiqamətində birgə fəaliyyətlərin, beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Putin   Lukaşenko  



Xəbər lenti