Putinlə Makron arasında telefon danışığı olacaq

Putinlə Makron arasında telefon danışığı olacaq
  19 Fevral 2022    Oxunub:1225
Sabah Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparacaq.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

O deyib ki, bazar günü Putinlə Makron arasında telefon danışığı planlaşdırılıb.

Xatırladaq ki, bundan əvvəl Makron Rusiyada səfərdə olub. Həmkarı Putinlə danışıqlarda əsas mövzu Ukrayna olub.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Makron   Putin  



Xəbər lenti