Türkiyə-Avropa İttifaqının parlament komitəsinin iclası keçiriləcək

Türkiyə-Avropa İttifaqının parlament komitəsinin iclası keçiriləcək
  19 Fevral 2022    Oxunub:1751
Martın 17-18-də Brüsseldə Türkiyə və Avropa İttifaqının (Aİ) birgə parlament komitəsinin iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

3 illik fasilədən sonra Türkiyə və Aİ nümayəndələri iqtisadi və ticarət məsələlərini müzakirə etmək niyyətindədirlər. Bu formatda sonuncu iclas 2018-ci ilin dekabrında Türkiyə parlamentində keçirilib.

Koronavirus pandemiyası səbəbindən görüş onlayn keçirilə bilər.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:   Türkiyə  



Xəbər lenti