Ukrayna xüsusi təyinatlılarının döyüşünə dair görüntülər yayıldı - VİDEO

  Ukrayna xüsusi təyinatlılarının döyüşünə dair görüntülər yayıldı -  VİDEO
  19 Fevral 2022    Oxunub:6123
Sosial şəbəkələrdə Ukraynanın şərqində yerləşən qondarma "Donetsk respublikası"na aid videogörüntülər yayılıb. AzVision.az xəbər verir ki, video ilə bağlı məlumatlar bir sıra Rusiya hərbi saytlarında da dərc edilib.
İddia olunur ki, guya Ukrayna Silahlı Qüvvələrinin 10- 12 nəfərlik iki xüsusi təyinatlı dəstəsi Donetsk ərazisində müşahidə edildiyi üçün separatçılar onlarla döyüşə giriblər. Hadisə Qorlovka yaxınlığındakı meşə zolağında yaşanıb.

NATO Rusiya ilə böhrana görə qoşunların hazırlıq səviyyəsini yüksəldib
Saytlar kadrların Ukrayna xüsusi təyinatlıları tərəfindən lentə alındığını iddia edirlər. Bildirilir ki, atışmada güllə yarası alan xüsusi təyinatlının zirehli jiletində kamera olub. Digər xüsusi təyinatlı- "badi" isə həmin həlak olan hərbçinin jiletini çıxardıqdan sonra onu döyüş zolağından uzaqlaşdırıb.

Qeyd edək ki, hələlik video ilə bağlı rəsmi açıqlama verilməyib.



Xatırladaq ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. Hətta son günlər təlimləri başa vuran bölmələrin bir hissəsi ölkənin qərb bölgəsindən daimi dislokasiya bölgələrinə geri qaytarılıb. Buna baxmayaraq ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bütün bunların fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Döyüş  



Xəbər lenti