|
| Ukrayna xüsusi təyinatlılarının döyüşünə dair görüntülər yayıldı - VİDEO |
- Bundan əlavə, Donetsk vilayətində düşmənin "Orlan-10" pilotsuz uçuş aparatı cəbhə xəttini keçən zaman qeydə alınıb. Birgə Qüvvələrin Komandanlığının qərargahı bəyan edib ki, işğalçılar yaşayış məntəqələrindən məkrli şəkildə istifadə edirlər. Onlar buradan artilleriya atəşi aparmağa və artilleriya sistemlərini yaşayış binalarının yaxınlığında yerləşdirməyə davam edirlər.
Düşmən bu cür hərəkətlərlə ukraynalı hərbçiləri cavab atəşi açmağa məcbur etməyə çalışırlar ki, sonradan guya dinc sakinlərin atəşə tutulması görüntüsü yaradılsın. Lakin qərargah qeyd edib ki, Birgə Qüvvələr mülki infrastruktura atəş açmır və Beynəlxalq Humanitar Hüquq normalarına əməl edir, - məqalədə yazılıb.
Xatırladaq ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.
Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. Hətta son günlər təlimləri başa vuran bölmələrin bir hissəsi ölkənin qərb bölgəsindən daimi dislokasiya bölgələrinə geri qaytarılıb. Buna baxmayaraq ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bütün bunların fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


