İon dənizində yanan gəmidə 12 nəfər itkin düşüb

İon dənizində yanan gəmidə 12 nəfər itkin düşüb
  19 Fevral 2022    Oxunub:1140
İon dənizində yanan İtaliyanın “Euroferry Olympia” gəmisində olan 12 nəfərin yeri hələlik məlum deyil.
AzVision.az xəbər verir ki, bu barədə Bolqarıstanın xarici işlər nazirinin müavini Velislava Petrova deyib.

"Axtarış davam etdirilən 12 nəfərdən 7-si Bolqarıstan vətəndaşıdır. Daha ikisinin vətəndaşlığı son olaraq müəyyən edilməyib. İki Bolqarıstan vətəndaşı xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır, süni nəfəs aparatına qoşulub", - diplomat söyləyib.

İtaliyanın “Grimaldi Lines” qrupuna məxsus gəmidə yanğın ambardan başlayıb, daha sonra yanğın yuxarı mərtəbələrə yayılıb. Təyyarədə 239 sərnişin və 51 ekipaj üzvü olub, sərnişinlərin əksəriyyəti Korfu adasına təxliyə edilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Gəmi   İon-dəniz  



Xəbər lenti