"Ukraynanın NATO-ya qəbulu gündəmdə deyil" - Şolts
O, Ukraynanın alyansa zəmanətli qoşulmasının lehinə heç bir qərar yox idi.
Kansler deyib ki, Qərb Rusiya ilə müxtəlif formatlarda təhlükəsizlik məsələləri ilə bağlı danışıqlara hazırdır, lakin öz prinsiplərindən əl çəkmək niyyətində deyil.
"Mənim heç bir illüziyam yoxdur, sürətli uğurlar gözləməyə dəyməz, lakin biz böhranın dinamikasını yalnız danışıqların gedişində dəyişəcəyik. Biz diplomatiyanı mümkün qədər dəstəkləməliyik, amma bu məsələdə sadəlövh olmamalıyıq”.
Əlavə edib ki, Ukraynaya hücum böyük səhv olardı: "Ukrayna ilə sərhəddə qoşunların toplanması heç nə ilə əsaslandırılmır. Avropada müharibə təhlükəsi var, riskin qarşısı alınmır”.
Şolts Qərbin Rusiya ilə münasibətlərə yanaşmasını “ikili strategiya” kimi qiymətləndirib. Onun sözlərinə görə, bu, danışıqlar aparmaq istəyi və təcavüz halında sanksiyalar tətbiq etməyə hazırlıqlı olmaqdır.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


