Conson Putinlə danışıqlar aparacaq

Conson Putinlə danışıqlar aparacaq
  19 Fevral 2022    Oxunub:1391
Böyük Britaniyanın baş naziri Boris Conson Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.
AzVision.az xəbər verir ki, bu barədə Conson Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

“Biz prezident Putinin Ukrayna ilə bağlı dəqiq niyyətlərini bilmirik”, - Britaniya hökumətinin başçısı bildirib.

Eyni zamanda o, Rusiya hakimiyyətinin Ukraynadakı vəziyyətdən ABŞ və NATO ilə təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlardan daha uduşlu çıxmaq üçün istifadə etdiyini söyləyib.

"NATO dinc və müdafiə xarakterli ittifaqdır. Biz bunu nümayiş etdirmək və ehtiyac duyduğu əminliyi təmin etmək üçün prezident Putinlə işləməyə hazırıq", - Conson deyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Conson   Putin   Görüş  



Xəbər lenti