Zelenski Qərbin maliyyə müqabilində islahatlar tələbini qınayıb

Zelenski Qərbin maliyyə müqabilində islahatlar tələbini qınayıb
  19 Fevral 2022    Oxunub:1553
Ukrayna Prezidenti Volodimir Zelenski Qərb ölkələrinin Kiyevə maliyyə ayırması ilə yanaşı, ölkədə müəyyən islahatların aparılmasını tələb etməsindən narahat olduğunu bildirib.
AzVision.az Ukrayna mediasına istinadən xəbər verir ki, o, bunu şənbə günü Münhen Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

"Bizə qeyd-şərtsiz pul verin. Nə üçün hər dəfə bizə bu və ya digər məbləğ veriləndə bir, iki, üç, dörd, beş, yeddi, səkkiz, on islahat aparılmalıdır? Qulaq asın, hələ müharibə var. Dünyada şərqində belə güclü ordusu olan və islahatlar aparan digər bir ölkə var? Bütün bunlar asan deyil", - Ukrayna Prezidenti qeyd edib.

AzVision.az



Teqlər: Zelenski   Qərb  



Xəbər lenti