Türkiyədə 278 koronavirus xəstəsi də vəfat edib

Türkiyədə 278 koronavirus xəstəsi də vəfat edib
  19 Fevral 2022    Oxunub:1261
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 278 nəfər ölüb.
AzVision.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 462 min 252 nəfərin test edildiyi, 80 min 454 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 96 min 664 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.


AzVision.az




Teqlər: Türkiyə   Korona  



Xəbər lenti