Ərdoğan Afrika ölkələrinə səfər edəcək

Ərdoğan  Afrika ölkələrinə səfər edəcək
  20 Fevral 2022    Oxunub:1634
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Afrika ölkələrinə səfərə yola düşəcək.
Türkiyə Prezident Administrasiyasından verilən məlumata görə, Ərdoğan fevralın 20-23-də Konqoya, Seneqal və Qvineya-Bisauya gedəcək. Dakar səfəri çərçivəsində türk şirkətlərindən biri tərəfindən Afrika ölkəsində inşa edilən 50 min tamaşaçı tutumlu Olimpiya Stadionunun açılışında iştirak edəcək.

Bundan əlavə, Seneqalın paytaxtında Türkiyə dövlət başçısının iştirakı ilə Türkiyə səfirliyinin yeni binasının açılışı olacaq.

Türkiyə Prezident Administrasiyası prezident Ərdoğanın Qvineya-Bisauya rəsmi səfər edəcək ilk türk lider olacağına da diqqət çəkib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti