Qazaxıstanın keçmiş müdafiə naziri saxlanılıb

Qazaxıstanın keçmiş müdafiə naziri saxlanılıb
  21 Fevral 2022    Oxunub:1496
Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanov saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstanın Baş Prokurorluğu məlumat yayıb.

"2022-ci il fevralın 19-da Baş Prokurorluq keçmiş müdafiə naziri Bektanov Murat Karibayeviçə qarşı xidmətdə hərəkətsizlik faktı ilə bağlı Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 452-ci maddəsi ilə ibtidai istintaqa başlayıb", - açıqlamada vurğulanıb.

M.Bektanov fevralın 20-də saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Yanvarın 11-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yeni hökuməti təsdiqləyib. Bektanov vəzifəsində qalıb, lakin yanvarın 19-da onu Ruslan Jaksılıkov əvəzləyib. Bu qərarı izah edən dövlət başçısı bildirib ki, yanvar hadisələri zamanı ordu qarşıya qoyulan tapşırıqları yerinə yetirməyib, nazir komandanlıq keyfiyyətləri nümayiş etdirməyib.

Pərvanə Sultanova
AzVision.az






Teqlər: Qazaxıstan  



Xəbər lenti