İrəvanda mənzillərin qiyməti gözlənilmədən artıb
- Mənzillərin qiymətləri artmaqda davam edir. Əksər hallarda mənzilləri İrəvanın mərkəzindən alırlar. Yəni, burada gəlirləri orta səviyyədən çox yüksək olan insanlar tərəfindən alqı-satqı həyata keçirilir. Eyni zamanda, yeni binaların aktiv şəkildə tikildiyi bir sıra digər ərazilərdə də satışlar xeyli artıb.
2021-ci ilin dekabr ayında paytaxtda mənzillərin qiymətləri 2019-cu ilin dekabr ayının böhrandan əvvəlki səviyyəsini ötüb. Bunu Daşınmaz Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinin statistikası da göstərir.
Ümumiyyətlə, 2021-ci ilin fevral ayından etibarən İrəvanda mənzillərin qiymətləri nəinki bahalı ərazilər sayılan bölgələrdə (Mərkəz və Arabkir-red.) və ya yeni tikililərdə, paytaxtın hər yerində durmadan artır. Məsələn, demək olar ki, yeni tikililərin olmadığı Erebuni bölgəsində daşınmaz əmlakın orta qiymətləri 2019-cu ilin dekabr ayı ilə müqayisədə 7% - hər kvadratmetr üçün 290-dan 310 min drama (təxminən 645 dollar) qədər artıb. Şəhərin mərkəzində mənzillər 5% bahalaşıb və bir kvadrat metri 680,6 min dram (təxminən 1420 dollar) təşkil edib,-məqalədə yazılıb.
Qeyd edilir ki, böhran zamanı- 2020-ci ildə bazarın ümumi dinamikası fərqli olub. Pandemiyanın ilk aylarında mənzil satışları kəskin şəkildə azaldı, lakin satıcılar gözləmə mövqeyi tutaraq qiymətləri saxlamağa çalışıblar.
- Dördüncü rübdən qiymətlər azalmağa başladı. 2020-ci ilin dekabrından 2021-ci ilin yanvarında qiymətlər nisbətən düşdü. Lakin sonra iqtisadiyyat bir qədər düzələn kimi evlərin qiymətləri də yüksəlməyə başladı. 2020-ci ilin dekabrından hesablasaq, ən çox mərkəzdəki mənzillər bahalaşıb- 20%-dən çox. Əvvəllər müharibədən təzə çıxmışıq, pandemiya iqtisadi çətinliklər yaratmağa başlayıb bəhanələri vardısa, indiki halda daşınmaz əmlak bazarında baş verən anormal proseslərin nə ilə bağlı oduğunu izah eləmək çətindir,-müəllif yazıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: Mənzil Ermənistan







Vaxtında, Aydın, Lazımlı!


