Erməni xilasedicilər bir maşından 5 meyit çıxardılar
- Bazar günü axşam Kotayk rayonunda baş vermiş ağır avtomobil qəzası nəticəsində 5 nəfər ölüb. Ermənistan Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə faciə bir neçə avtomobilin toqquşması nəticəsində baş verib. Saat 20:00 radələrində Abovyan şəhərinin girişində "Opel Vectra B", "BMW X5" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Xilasedicilər ölənlərin- sürücünün və 4 sərnişinin cəsədlərini bir avtomobildən çıxarıblar. Qeyd edək ki, son bir ildə ağır faciələrə səbəb olan yol qəzalarının sayında da artım qeydə alınıb,-məqalədə yazılıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: Qəza Ermənistan







Vaxtında, Aydın, Lazımlı!


