Donetsk hava limanı yaxınlığında partlayış baş verib

 Donetsk hava limanı yaxınlığında partlayış baş verib
  21 Fevral 2022    Oxunub:1466
Donetsk hava limanı yaxınlığında partlayış baş verib. AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Xatırladaq ki, son günlər Rusiyanın Ukraynaya hücum edəcəyi xəbərləri fonunda separatçıların nəzarət etdiyi Donbassda vəziyyət ciddi şəkildə gərginləşib. Atəşkəs tez-tez pozulur, insan itkisi barədə də xəbərlər var. Eyni zamanda Rusiya KİV-ləri bu ərazidə yaşayan sakinlərin Rusiya vilayətlərinə köçürülməsinə başlandığını yazır.

Ukraynanın şərqində münaqişə səkkiz ildir ki, davam edir və bu müddət ərzində BMT-nin məlumatına görə, 13 mindən çox insan qurbana çevrilib, 44 minə yaxın insan isə yaralanıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Donetsk   Partlayış  



Xəbər lenti