Donbass və Luqanskdan Rusiyaya qaçanların sayı artır

   Donbass və Luqanskdan  Rusiyaya qaçanların sayı artır
  21 Fevral 2022    Oxunub:1269
Ukraynanın Donbass və Luqansk vilayətlərindən Rusiyaya gələnlərin sayı artıq 61 mini keçib. TASS-ın məlumatına görə, Rusiyanın Fövqəladə Hallar naziri vəzifəsini icra edən Aleksandr Çupriyan belə açıqlama verib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, dünən Rusiyaya gələn Donetsk və Luqansk sakinlərinin sayının 50 min olduğunu bildirən Aleksandr Çupriyan, bu gün həmin rəqəmin daha da artdığını söyləyib.

- Gecə saatlarında aparılan işlər nəticəsində Ukraynanın iki qonşu vilayətindən Rusiyaya gələn insanların sayı artıq 61 minə çatıb , - Rusiyanın Fövqəladə Hallar naziri vəzifəsini icra edən Aleksandr Çupriyan vurğulayıb.

Onun sözlərinə görə, gələnlərin min nəfəri isə hətta Rusiya prezidnetinin tapşırığına əsasən bütün qaçqınlar üçün nəzərdə tutulan 10 min rublluq maliyyə yardımını da alıblar.

Donbass və Luqansk sakinlərinin Rusiyaya təxliyyəsinə fevralın 18-dən başlanıb. Bu ərazilərdəki separatçı qurumların rəhbərliyi sakinlərə müraciətlərində təxliyyənin Ukrayna hakimiyyəinin tezliklə burada hərbi əməliyyatlara başlayacağı ilə bağlı olduğunu bildiriblər. Halbuki, rəsmi Kiyev hərbi əməliyyatlara başlayacağı barədə iddiaları təkzib edib.

Ukraynanın sözügedən ərazilərindən ilk qaçqınları Rostov vilayəti qəbul edib, sonradan Krım, Moskva və Leninqrad vilayətləri də nəzərə alınmaqla, Rusiya Federasiyasının 30-dan artıq subyekti buna hazır olduqlarını açıqlayıblar. 28 min qaçqını yerləşdirmək üçün Rusiyanın 28 regionunda 255 müvəqqəti sığınacaq hazırlanır.

Donbass və Luqanskdan təxliyyə olunanların sayının artması və bu rəqəmin 100 minə çata bilməsi barədə verilən bəyanatlar fonunda Rusiyanın 5 regionunda - Saratov, Rostov, Voronej, Kurks və Volqoqrad vilayətlərində ərazi səviyyəli fövqəladə vəziyyət rejimi elan edilib.

Prezident Vladimir Putinin tapşırığına görə, Rusiyaya pənah gətirən bu adamlara 10 min rubl civarında birdəfəlik yardım ödəniləcək.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Donbass   Rusiya  



Xəbər lenti