Saakaşvili yenidən aclıq aksiyası elan etdi

 Saakaşvili yenidən aclıq aksiyası  elan etdi
  21 Fevral 2022    Oxunub:1782
Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili bu gün məhkəmədə çıxışı zamanı hakimiyyətin ona qarşı davranışlarına cavab olaraq yenidən müddətsiz aclıq aksiyası elan etdiyini bildirib.
Xatırladaq ki, Saakaşvili ilk dəfə Gürcüstanda saxlandıqdan dərhal sonra, 2021-ci il oktyabrın 1-də aclıq aksiyasına başlamışdı. Onun aclıq aksiyası 50 gün davam etdi və noyabrın 20-də başa çatıb. Aclıq aksiyasından sonra siyasətçi Qori hərbi hospitalında müalicə olunub.
Qeyd edək ki, Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb. Gürcüstan hakimiyyəti Saakaşvilini azad etməkdən imtina edir. Baş nazir İrakli Qaribaşvili bildirib ki, eks-prezident uzun müddət həbsdə qalacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti