"Bayden hər iki varianta hazırdır" - Sallivan

 "Bayden hər iki varianta hazırdır" -  Sallivan
  21 Fevral 2022    Oxunub:2363
“ABŞ prezidenti Co Bayden həm yüksək səviyyəli diplomatiyaya, həm də müttəfiqləri ilə birlikdə Rusiya Federasiyasına qarşı tədbirlər görməyə hazırdır”.
AzVision.az xəbər verir ki, bunu ABŞ liderinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk prezidentlər Vladimir Putinlə Co Bayden arasında mümkün görüş barədə danışarkən deyib.

"Prezident Bayden Ukrayna ətrafında vəziyyətin sülh yolu ilə həlli üçün yüksək səviyyəli diplomatiyaya hazırdır. O, həmçinin Rusiya Ukraynaya hücum etmək qərarına gələrsə, müttəfiqləri ilə birlikdə tədbirlər görməyə də hazırdır", - Sallivan söyləyib.

Əlavə edib ki, diplomatik həll ehtimalı Rusiya qoşunlarının hərəkəti nəzərə alınarsa, hər saat azalır.

Daha əvvəl Fransa prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putin və Amerika prezidenti Co Bayden arasında zirvə görüşünün keçirilməsini təklif edib, hər iki tərəf təklifi qəbul edib. Rəsmi Vaşinqton bəyan edib ki, sammit yalnız Rusiya Ukraynaya təcavüz etməsə, baş tuta bilər. Rusiya bu cür eskalasiya planlarını qəti şəkildə rədd edir. Sammitin gündəliyi ABŞ dövlət katibi Entoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən fevralın 24-də keçiriləcək görüşdə hazırlanacaq.

Pərvanə Sultanova

AzVision.az



Teqlər: ABŞ   Rusya  



Xəbər lenti