Pentaqon: “Rusiya yaxın saatlarda Ukraynaya hücum edə bilər”

      Pentaqon:    “Rusiya yaxın saatlarda Ukraynaya hücum edə bilər”
  21 Fevral 2022    Oxunub:2286
“Rusiya yaxın saatlarda Ukraynaya hücum edə bilər, bu gün ola bilər, amma diplomatiya üçün hələ vaxt var”.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi brifinqdə bildirib.

“Biz çoxdan deyirdik ki, Rusiyanın hücumu hər gün baş verə bilər. Yaxşı, bu gün o gün ola bilər. Ümid edirik ki, bu baş verməyəcək, ona görə də bütün mümkün diplomatik kanallardan istifadə etməyə davam edirik” , - Kirbi qeyd edib.

Onun sözlərinə görə, diplomatik yolun izlənməsi üçün bütün səylər göstərilməlidir və Rusiya Prezidenti Vladimir Putinin doğru qərar qəbul etməsi, Avropada növbəti müharibənin baş verməsinin qarşısının alınması üçün diplomatiyanın davam etdirilməsi fürsəti hələ də var.

AzVision.az


Teqlər: ABŞ   Ukrayna  



Xəbər lenti