Politico: “Zelenskinin Münhendəki sözləri Qərbi incidib”

      Politico:    “Zelenskinin Münhendəki sözləri Qərbi incidib”
  21 Fevral 2022    Oxunub:1752
Ukrayna prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında çıxış edərək qərb tərəfdaşlarını Kiyevə kifayət qədər yardım göstərmədiyinə görə qınayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb. “Zelenski şənbə günü illik Münhen Təhlükəsizlik Konfransında sürəkli alqışlarla qarşılandı. Sonra o, sərt çıxışı ilə Qərb müttəfiqlərini təhqir edərək onu alqışlayan əlləri dişlədi”, mətndə deyilir.

Müəllif xüsusilə qeyd edir ki, Ukrayna lideri adlarını çəkmədən Ukraynaya hərbi yardım göndərməyə cəsarət etmədiyi üçün Almaniyanı və Rusiyaya qarşı qabaqlayıcı sanksiyalar tətbiq etmədiyi üçün ABŞ-ı qınayıb.

AzVision.az


Teqlər: ABŞ   Hərbi-Yardım  



Xəbər lenti