Kiyev BMT Təhlükəsizlik Şurasına üzv ölkələrə müraciət etdi

   Kiyev BMT Təhlükəsizlik Şurasına üzv ölkələrə müraciət etdi
  21 Fevral 2022    Oxunub:1663
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, o, prezident Volodimir Zelenskinin adından BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərə təhlükəsizliklə bağlı məsləhətləşmələrin aparılması tələbi ilə müraciət edib.
AzVision.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski adından Budapeşt Memorandumunun 6-cı maddəsi əsasında BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərə gərginliyin azaldılması, Ukraynanın təhlükəsizliyini təmin etmək üçün təxirəsalınmaz tədbirlər və praktiki addımlar üzrə təcili məsləhətləşmələrin keçirilməsi tələbi ilə rəsmi sorğu göndərib.

Qeyd edək ki, Fevralın 19-da Münhen Təhlükəsizlik Konfransında prezident Volodimir Zelenski Ukrayna, Almaniya və Türkiyənin iştirakı ilə BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını təklif edib.

AzVision.az




Teqlər: Kiyev   BMT  



Xəbər lenti