BMT-nin baş katibi Ukrayna ilə bağlı çağırış etdi

BMT-nin baş katibi Ukrayna ilə bağlı çağırış etdi
  21 Fevral 2022    Oxunub:1396
BMT Baş katibi Antoniu Quttereş Ukraynanın şərqində qoşunların təmas xəttində ağır silahlardan istifadə edilməsindən və dinc sakinlər arasında itkilərdən ciddi narahatdır, problemləri dialoq yolu ilə həll etməyə çağırır.
AzVision.az xəbər verir ki, bu barədə baş katibin sözçüsü Stefan Düjarrik deyib. Düjarrik bildirib ki, BMT Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləyir: “Bizim mövqeyimiz ondan ibarətdir ki, BMT Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir”.

Baş katibin nümayəndəsinin sözlərinə görə, BMT bütün iştirak edən tərəfləri Ukraynanın ərazi bütövlüyünü pozacaq və Minsk razılaşmalarının yerinə yetirilməsinə xələl gətirəcək birtərəfli addımlardan və ya hərəkətlərdən çəkinməyə çağırır.

AzVision.az


Teqlər: BMT   Ukrayna  



Xəbər lenti