Avstraliya Rusiya əleyhinə sanksiyalar elan etməyə hazırdır

   Avstraliya Rusiya əleyhinə sanksiyalar elan etməyə hazırdır
  22 Fevral 2022    Oxunub:1896
"Avstraliya tərəfdaşları ilə birlikdə "LXR" və "DXR"in tanınması ilə əlaqədar Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı təcili və sərt sanksiyalar elan etməyə hazırdır". AzVision.az xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyinin saytı məlumat yayıb.
- Biz tərəfdaşlarımızla birlikdə Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirməkdə məsul olan Rusiyanın əsas fiziki və hüquqi şəxslərinə qarşı çevik, sərt sanksiyaları elan etməyə hazırıq, - bəyanatda deyilir.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi Təhlükəsizlik Şurasının fövqəladə iclasından sonra vətəndaşlara müraciət edərək, qondarma "LXR" və "DXR"-in suverenliyini dərhal tanımaq barədə qərar qəbul etməyi zəruri saydığını söylədi. Müraciətdən sonra Prezident Kremldə hər iki ərazini tanıyan fərmanlar imzaladı.

Tural Tağıyev
AzVision.az


Teqlər:



Xəbər lenti