İrəvana gedən deputatlarımızın təhlükəsizliyi gücləndirilib- VİDEO

  İrəvana gedən deputatlarımızın təhlükəsizliyi gücləndirilib-   VİDEO
  22 Fevral 2022    Oxunub:1454
Xəbər veridiyimiz kimi Azərbaycanı AVRONEST komitə iclasında təmsil edən deputatlar Tahir Mirkişili və Soltan Məmmədov İrəvanda səfərdədirlər. Komitə iclası artıq başlayıb.
AzVision.az xəbər verir ki, yerli media azərbaycanlı deputatların tədbirin keçirildiyi Karen Dəmirçiyan adına İdman-Konsert Kompleksinə gəlmələri ilə bağlı görüntülər yayıblar. Jurnalistlər deputatların təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə diqqət çəkiblər.

Deputat İrəvandan azərbaycanlıları təbrik etdi - Foto
- Çox güman ki, bunlar adi mühafizəçilər deyil, xüsusi xidmət orqanlarının əməkdaşlarıdırlar. Qeyd edək ki, azərbaycanlı deputatların İrəvana səfəri ilə əlaqədar kompleksin yaxınlığında etiraz aksiyası keçirilməsi planlaşdırılır, -məqalədə yazılıb.



Tural Tağıyev
AzVision.az


Teqlər:   Deputat   İrəvan   Mühafizə  



Xəbər lenti