"Aİ Rusiyaya qarşı ilk sanksiyaları bu gün qəbul edəcək" - Borrel

   "Aİ Rusiyaya qarşı ilk sanksiyaları bu gün qəbul edəcək" -    Borrel
  22 Fevral 2022    Oxunub:1950
"Avropa İttifaqı Rusiya Federasiyasına qarşı ilk sanksiyaları çərşənbə axşamı, fevralın 22-də qəbul edəcək. Lakin bu, Aİ-nin Rusiya tərəfindən “LXR” və “DXR”nin tanınmasına tam cavabı olmayacaq”.
AzVision.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel deyib.

Onun sözlərinə görə, təfərrüatlar haqqında danışmaq hələ tezdir. Borrel hesab edir ki, Rusiya qoşunlarının Donbasa girişi genişmiqyaslı müdaxilə olmasa da, bu, Ukrayna torpağıdır.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Təhlükəsizlik Şurasının fövqəladə iclasından sonra vətəndaşlara müraciət edərək, qondarma "LXR" və "DXR"-in suverenliyini dərhal tanımaq barədə qərar qəbul etməyi zəruri saydığını söylədi. Müraciətdən sonra prezident Kremldə hər iki ərazini tanıyan fərmanlar imzaladı.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:   Ukrayna  



Xəbər lenti