Suriya separatçı "DXR" və "LXR"i tanımağa hazırlaşır

Suriya separatçı "DXR" və "LXR"i tanımağa hazırlaşır
  22 Fevral 2022    Oxunub:1432
"Suriya tezliklə qondarma “DXR” və “LXR”nin “suverenliyini” tanıya bilər".
AzVision.az xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Feysəl Mikdad deyib.

O, Rusiya prezidenti Vladimir Putinin “Donetsk və Luqansk Xalq Respublikaları”nın “suverenliyini” tanımaq qərarını dəstəklədiklərini söyləyib.

Suriyalı nazir qeyd edib ki, ölkəsi "DXR" və "LXR" ilə həmrəylik ifadə edir və onlarla əməkdaşlığa hazırdır: "Biz "Donetsk və Luqansk respublikaları" ilə tam həmrəy olduğumuzu bildiririk. İnanırıq ki, hazırkı şərtlər əməkdaşlığımızı gücləndirməyə kömək edəcək".

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Suriya  



Xəbər lenti