“Rusiyanın qərarı qəbuledilməzdir” - Ərdoğan
“Böhran başlayandan biz gərginliyi azaltmağa çalışdıq. Xarici İşlər Nazirliyimizin son hadisələrlə bağlı verdiyi açıqlamada Rusiyanın qondarma "Donetsk və Luqansk respublikalarını" tanımaq qərarının Minsk razılaşmalarına zidd olduğu göstərilib. Bu qərarın Ukraynanın siyasi birliyinin, suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulması olduğu vurğulanıb. Biz Rusiyanın bu qərarını qəbuledilməz hesab edirik. Biz tərəfləri sağlam düşüncəyə və beynəlxalq hüquqa hörmət etməyə çağırışımızı təkrar edirik”, deyə, Ərdoğan bildirib.
Ərdoğanın sözlərinə görə, Türkiyə Ukrayna Prezidenti Volodimir Zelenskinin Ukrayna, Almaniya və Türkiyənin iştirakı ilə BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması təklifini müsbət yanaşma kimi qiymətləndirir.
“Əgər belə bir təklif reallaşarsa, təbii ki, biz də ona daxil olacağıq. Zelenskinin təklifi müsbət yanaşmadır. Əgər BMT Təhlükəsizlik Şurasının üzvləri və digər ölkələr bununla razılaşarsa, o zaman biz bu görüşdə iştirak edəcəyik”.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


