Ukrayna Rusiya ilə diplomatik münasibətləri kəsə bilər
“Xarici İşlər Nazirliyindən Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi ilə bağlı müraciət almışam. Mən bunu nəzərdən keçirəcəm”, - Zelenski söyləyib.
O hesab edir ki, Rusiya Federasiyasının “Donetsk və Luqansk Xalq Respublikalarının” (DXR və LXR) “suverenliyini” tanımaq qərarı Moskvanın Ukraynaya qarşı “sonrakı silahlı təcavüzü” üçün hüquqi əsas yaradır. Rusiya bu qərarı ilə bütün beynəlxalq öhdəlikləri pozub.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Zelenski







Vaxtında, Aydın, Lazımlı!


