"Keçmiş SSRİ respublikalarının suverenliyinin tərəfdarıyıq" - Putin
Putin vurğulayıb ki, artıq "DXR" və "LXR"in müstəqilliyinin tanınması barədə qərar qəbul edilib və spekulyasiyaya gəlincə, onlar heç də təəccüblü deyil.
“Biz Rusiya İmperiyasının bərpası ilə bağlı fərziyyələri qabaqcadan görürdük və bu doğru deyil, - Putin deyib.
O, bəyan edib ki, Rusiya Federasiyası keçmiş SSRİ-nin tərkibində olan respublikaların suverenliyini dəstəkləyir.
“Ukrayna ilə bağlı vəziyyətə gəldikdə isə bu ölkəyə xarici təsirlərə görə istisnadır”, - Putin qeyd edib.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


