"Rusiya-Azərbaycan iqtisadi əlaqələri çoxşaxəlidir" - Putin

   "Rusiya-Azərbaycan iqtisadi əlaqələri çoxşaxəlidir" -    Putin
  22 Fevral 2022    Oxunub:1506
“Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr çoxşaxəlidir və bu, iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün zəmin yaradır”.
AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin çərşənbə axşamı Kremldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.

Putin Azərbaycanda rus dilinin inkişafına verilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib.

"Bilirəm ki, Azərbaycanın 300 məktəbində rus dili fəal şəkildə öyrənilir və populyardır, əlbəttə ki, biz bunu gələcəkdə də hər cür dəstəkləyəcəyik", - Rusiya lideri söyləyib.

O, regional əlaqələrin də çox fəal şəkildə inkişaf etdiyini bildirib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Putin   Rus-dili  



Xəbər lenti