Britaniyanın xarici işlər naziri Rusiyaya qarşı ilk sanksiyalar paketini imzalayıb
Onun sözlərinə görə, rəsmi London birtərəfli qabaqlayıcı məhdudlaşdırıcı tədbirlərə əl atmaq niyyətində deyil:
- Əgər biz indi birtərəfli qaydada sanksiyalar tətbiq etsək, ABŞ və Avropa İttifaqı da sanksiya tətbiq etməsə, o zaman prezident Vladimir Putinin “parçala, hökm sür” prinsipinə əl atması təhlükəsi yaranardı. Eyni zamanda, Böyük Britaniya Rusiyanın Ukraynaya qarşı kiberhücumları olacağı təqdirdə Moskvaya qarşı sanksiyalar tətbiq edə bilər. Biz bu variantı diqqətdə saxlayacağıq.
Çərşənbə axşamı isə Böyük Britaniyanın Baş naziri Boris Conson bəyan etmişdi ki, Britaniya beş Rusiya bankına, o cümlədən "Rossiya", "Genbank", "Promsvyazbank", "Qara Dəniz İnkişaf və Yenidənqurma Bankı" və "Sənaye Əmanət Bankı"na, həmçinin iş adamları Gennadi Timçenko, Boris Rotenberq, İqor Rotenberqə qarşı sanksiyalar tətbiq edir. Sanksiyalara aktivlərin dondurulması və ölkəyə giriş qadağaları daxildir.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


