Eks-deputat Ermənistanın Litvadakı səfiri təyin edildi

Eks-deputat Ermənistanın Litvadakı səfiri təyin edildi
  22 Fevral 2022    Oxunub:1451
Ermənistan parlamentinin keçmiş deputatı Hovannes İgidyan Litvaya səfir təyin edilib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, prezident səlahiyyətlərini icra edən Alen Simonyan bununla bağlı sərəncam imzalayıb.

- Əvvəlki sərəncamla Armen Martirosyan bu vəzifədən geri çağırılıb.
Bundan əvvəl mətbuatda İgidyanın onu Baltikyanı ölkələrə - Latviya, Litva və Estoniyaya səfir təyin etmək xahişi ilə baş nazir Nikol Paşinyana müraciət etdiyi barədə məlumatlar yayılmışdı,-məqalədə yazılıb.

Nəşr qeyd edib ki, hazırkı səfir Armen Martirosyan bu vəzifəyə 2021-ci il martın 15-də təyin edilib. BErmənistan hakimiyyəti bir il keçməmiş, etimadnaməsini yalnız ötən ilin iyununda təqdim edən səfiri geri çağırmaq qərarına gəlib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti