Blinken Lavrovla görüşdən imtina etdi

 Blinken Lavrovla görüşdən  imtina etdi
  23 Fevral 2022    Oxunub:1396
ABŞ dövlət katibi Entoni Blinken fevralın 24-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Avropada keçirilməsi planlaşdırılan təkbətək görüşdən imtina edib.
Bu barədə < a href=https://azvision.az> AzVision.az TASS-a istinadən xəbər verir. Onun sözlərinə görə, hazırda bu görüşü keçirməyin mənası yoxdur: "Mən müttəfiqlərlə və tərəfdaşlarla məsləhətləşdim. Hamı bununla razılaşdı. Və bu gün mən (Rusiya) xarici işlər nazirinə məktub göndərdim. Sergey Lavrovu bu barədə məlumatlandırdım”, - Blinken mətbuat konfransında bildirib.

Xatırladaq ki, 2022-ci il fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

AzVision.az


Teqlər: ABŞ   Rusiya  



Xəbər lenti