|
| Azərbaycanlı deputatlara etiraz edən daşnaklar saxlanılıblar |
“Polisin izahatında qeyd olunur ki, guya biz xuliqanlıq etmişik. Beş dəqiqə “Nikol, satqın”, “Nikol, türk” qışqırdıq sonra fiziki təzyiqlərlə üzləşdik”, - Ani Nahapetyan Hraparak-a deyib.
Jurnalist artıq ölkəsində söz azadlığının boğulduğunu qeyd edib.
- Mən izahatımda da qeyd etmişdim ki, aksiya iştirakçısı deyil, sadəcə şəkil çəkmək üçün "Marriott" otelinin qarşısında olmuşam. Aksiyada deyəndə ki, jurnalistəm, məni həbs edə bilməzsiniz, cavab verdilər ki, bu bizi maraqlanmır ki, sən kimsən. Məni polis maşınına mindirdinlər, bölməyə girəndə belə jurnalist olduğumu təkrarladım. Amma “fərq etməz, sən artıq buradasan” dedilər və məni beş saat saxladılar,- jurnalist deyib.
Erməni jurnalist təhqiramiz ifadələr işlətmədiyini, heç bir şüar qışqırmadığını bildirib.
- Sadəcə polislərin saxlanılan gənclərə qarşı qeyri-insani rəftar göstərməsini təhqir etməyini gördüm çəkdim deyə tutdular. Məni də təhqir etdilər və aksiya iştirakçılar kimi fiziki təzyiqlərlə sürüklədilər. Amma içəridə mənə normal yanaşırdılar. Saxlanılanlar haqqında isə eyni şeyi deyə bilmərəm.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


