Krımda terrorun qarşısı alınıb: 6 Rusiya vətəndaşı saxlanılıb

 Krımda terrorun qarşısı alınıb:   6 Rusiya vətəndaşı saxlanılıb
  23 Fevral 2022    Oxunub:1499
Rusiyanın Federal Təhlükəsizlik Xidməti(FTX) Krımda terror aktının qarşısını alıb. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Saytlar FTX-nin İctimaiyyətlə əlaqələr şöbəsinə istinad ediblər.
İddia olunur ki, Ukraynanın "Sağ sektor" təşkilatının tərəfdarlarının hazırladığı terror aktının qarşısı uğurla alınıb.

- Əhalini qorxutmaq üçün bölgədəki pravoslav kilsələrindən birində əldəqayırma partlayıcını işə salmağa hazırlaşan Ukraynanın “Sağ sektor” ekstremist təşkilatının tərəfdarları olan 6 Rusiya vətəndaşı saxlanılıb, - məlumatda deyilir.

FTX saxlanılanlardan birinin qarajında partlayıcı qurğunun hazırlanması üçün nəzərdə tutulan komponentləri və təlimatları müsadirə edib. Bundan əlavə, yazışmalar da üzə çıxıb ki, burada hücumun təşkili müzakirə olunub.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti